Ana Sayfa > Karusel / Gündəm > “Molotov” kokteyli ilə rus kolonunu məhv etdilər

“Molotov” kokteyli ilə rus kolonunu məhv etdilər


2-03-2022, 01:00. Yazar: Admin

“Molotov” kokteyli ilə rus kolonunu məhv etdilər

Ukraynanın Nikolayev rayonunun Baştanka, Snigirevka və ona yaxın kəndlərin sakinləri “Molotov” kokteyli ilə rus hərbçilərin kolonunu məhv ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Crime.NET” nəşri məlumat yayıb.

"Onları hər şeylə parçaladılar, ləvazimatlarını əllərindən aldılar, sütunları parçaladılar və Nikolayev vilayətindən qovdular. Siz əsl qəhrəmansınız! Bu gün siz qəhrəmansınız!", - Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.

Senkeviç əlavə edib ki, kolonna məğlub olduqdan sonra rus hərbçiləri qaçıblar. İndi yerli ovçular onları meşələrdə axtarır.


Geri dön