Ana Sayfa > Karusel / Gündəm > “Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır
“Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır1-03-2022, 22:27. Yazar: Admin |
“Jaguar Land Rover” Rusiya bazarına avtomobil tədarükünü dayandırır. Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə bu barədə şirkətin bəyanatında bildirilib. Qərarın “hazırkı qlobal kontekst”lə əlaqəli olduğu qeyd olunub. Avtomobil istehsalçısının bəyanatında vurğulanıb ki, hazırkı qlobal kontekst şirkəti ticarət çətinlikləri ilə üz-üzə qoyur və bu səbəbdən avtomobillərin Rusiya bazarına çatdırılmasına fasilə verilir. “Jaguar Land Rover”in qərarı “Volvo”nun analoji addımından sonra qəbul edilib. “Volvo” Avropa İttifaqı və ABŞ-ın Rusiyaya sanksiyaları ilə əlaqədar potensial riskləri nəzərə alaraq Rusiyaya avtomobillərin göndərilməsini dayandırdığını açıqlayıb. “Renault” şirkəti isə Moskvadakı avtomobil zavodunda istehsalın dayandırıldığını və logistik zərərlərin müşahidə edildiyini açıqlayıb. Zavodun 2020-ci ildə 75 min avtomobil istehsal etdyi bildirilir. Amerika avtomobil istehsalçısı “Ford” isə hazırda Rusiyada istehsalı və ya avtomobillərin bu ölkəyə çatdırılmasını dayandırmadığını açıqlayıb. Geri dön |