Ana Sayfa > Karusel / Gündəm > Kann Film Festivalı Rusiyadan nümayəndə heyəti qəbul etməyəcək
Kann Film Festivalı Rusiyadan nümayəndə heyəti qəbul etməyəcək1-03-2022, 22:22. Yazar: Admin |
17-28 may tarixlərində Fransada keçiriləcək Beynəlxalq Kann Film Festivalı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan rəsmi nümayəndə heyətini qəbul etməyəcək. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, qərar festivalın təşkilat komitəsi tərəfindən bu gün açıqlanıb.
Komitənin açıqlamasında qeyd olunub ki, Ukrayna xalqının maraqlarını təmin edən şərtlərlə hücum dayandırılana qədər Rusiya hökumətinə bağlı rəsmi nümayəndə heyəti qəbul edilməyəcək. Festival təşkilatçılarının Ukrayna kinorejissorlarına və onların ailələrinə görə narahatlığı da məlumatda əksini tapıb. Geri dön |