Ana Sayfa > Karusel / Region > Lukaşenko Ukrayna və Rusiya prezidentlərinin görüşəcəyini istisna etmir
Lukaşenko Ukrayna və Rusiya prezidentlərinin görüşəcəyini istisna etmir1-03-2022, 20:50. Yazar: Admin |
Danışıqlar prosesi irəliləyəcəyi təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna olunmur. Qarabaginfo.az rəsmi BELTA agentliyinə istinadla xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib. Bununla belə, Belarus rəhbəri qeyd edib ki, ilk növbədə tərəflər əsas məsələlərdə razılığa gəlməlidir. Lukaşenko həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hər 2 liderin mümkün qədər tez görüşməsinin tərəfdarıdır. Geri dön |