Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Avstriya və Niderland liderləri ilə Ukraynanı müzakirə edib

Ərdoğan Avstriya və Niderland liderləri ilə Ukraynanı müzakirə edib


1-03-2022, 20:27. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Prezidenti Aleksandr Van der Bellen və Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.

Qeyd olunub ki, həmkarları ilə danışıq zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb.

Həmçinin Ərdoğan tərəflər arasında tez bir zamanda atəşkəsə nail olmaq üçün Türkiyə dövlətinin səyləri davam etdirəcəyini bildirib.


Geri dön