Ana Sayfa > Karusel / Gündəm > Odessa sakinləri çimərlikdə barrikada qurur

Odessa sakinləri çimərlikdə barrikada qurur


1-03-2022, 19:43. Yazar: Admin

Odessa sakinləri çimərlikdə barrikada qurur

Ukraynanın Odessa şəhərində sakinlər Rusiyanın dənizdən mümkün hücumuna qarşı qum torbaları ilə barrikada qurublar.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, başda paytaxt Kiyev olmaqla bir çox şəhərlərdə yol və meydanlarda barrikadalar qurulub.

Qeyd edək ki, rəsmi Kiyev Rusiyanın hücumlarında indiyədək 14-ü uşaq olmaqla, 352 mülki şəxsin həyatını itirdiyini açıqlayıb. 116-sı uşaq olmaqla, 1684 mülki şəxsin yaralandığı bildirilib.

Münaqişələrdən qaçaraq qonşu ölkələrə sığınan ukraynalıların sayı isə 600 mini keçib.


Geri dön