Ana Sayfa > Karusel / Gündəm > Lənkəranda təndirxana yanıb

Lənkəranda təndirxana yanıb


1-03-2022, 19:41. Yazar: Admin

Lənkəranda təndirxana yanıb

Lənkəranda və Daşkəsəndə yanğın hadisələri olub.

FHN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, Lənkəranın Girdəni kəndində ümumi sahəsi 28 m² olan təndirxananın yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən şəhərində isə ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən çayxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi və içərisində olan əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (apa.az)


Geri dön