Ana Sayfa > Karusel / Siyasət > Kuleba: “Ukrayna NATO-dan Rusiya ilə döyüşməyi xahiş etmir”

Kuleba: “Ukrayna NATO-dan Rusiya ilə döyüşməyi xahiş etmir”


1-03-2022, 19:12. Yazar: Admin

Dmitri Kuleba

“Ukrayna NATO-dan Rusiyaya qarşı döyüşməyi xahiş etmir”.

Qarabaginfo.az-ın UNİAN-a istinadən xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn mətbuat konfransında deyib.

“Bu müharibəni özümüz aparırıq, öz fiziki gücümüzlə - xalqımız, hərbçilərimiz, əsgərlərimiz, pilotlarımız ölür. Buna görə də uçuş qadağan zonasının tətbiqini xahiş etdik. Biz NATO-nu burada bizim üçün döyüşməyə dəvət etmirik. Bu, bizim torpaqlarımızdır, bizim ərazilərimizdir, lakin NATO-nun bu müharibədə Ukraynaya dəstək vermək üçün edə biləcəyi hər şey, məncə, NATO üçün təkcə mənəvi borc deyil, həm də siyasi məqsədəuyğunluqdur. Çünki başa düşürlər ki, bizdən sonra növbəti onlar olacaq. Ona görə də Rusiya ilə NATO arasında birbaşa münaqişə vəziyyətinin yaranacağı zamana qədər gözləməkdənsə, Ukraynada bizə kömək etmək daha yaxşıdır”, - Kuleba bildirib.


Geri dön