Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib


1-03-2022, 18:49. Yazar: Admin

Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib

1 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bildirir ki, tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Geri dön