Ana Sayfa > Karusel / Gündəm > Audivizual media fəaliyyətinə dair lisenziyalar üçün rüsumlar müəyyənləşir

Audivizual media fəaliyyətinə dair lisenziyalar üçün rüsumlar müəyyənləşir


1-03-2022, 18:11. Yazar: Admin

Milli Meclis

Audivizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşir.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə ediləcək “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2500 manat, regional yerüstü radio yayımçısı 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı 2500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı 1500 manat, sifarişli yayım xidməti provayderi 500 manat, sadə platforma operatoru 1500 manat, universal platforma operatoru 2500 manat, multipleks operatoru 2500 manat olacaq.


Geri dön