Ana Sayfa > Karusel / Gündəm > Britaniyada 200 mindən çox ukraynalıya sığınacaq verilə bilər
Britaniyada 200 mindən çox ukraynalıya sığınacaq verilə bilər1-03-2022, 18:10. Yazar: Admin |
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın uğursuzluğa düçar olacağına əminliyini ifadə edib. Qarabaginfo.az-ın xəbərinə görə, Boris Conson polşalı həmkarı Mateuş Moravetski ilə birgə mətbuat konfransında bildirib ki, Putin Ukrayna xalqının döyüşmək əzmini və Qərbin qətiyyətini nəzərə almayıb. O qeyd edib ki, müharibə fonunda 200 mindən çox ukraynalıya Böyük Britaniyada sığınacaq verilə bilər. Geri dön |