Ana Sayfa > Karusel / Region > Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək
Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək1-03-2022, 17:55. Yazar: Admin |
Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir. Bu barədə Qarabaginfo.az-a Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib. Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur: “Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”. Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib. O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq. Geri dön |