Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb


1-03-2022, 17:53. Yazar: Admin

 

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Milli Məclisin yaz sessiyasının martın 4-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, toplantının gündəliyinə 11 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş).

5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş).

8. “Lisenziyalar və icazələr haqqında”qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarına dəyişiklik layihəsi (birinci oxunuş).


Geri dön