"Aİ-nin indi verə biləcəyi ən yaxşı qərar Ukraynanı gecikmədən Avropa İttifaqının yeni tamhüquqlu üzvü kimi qəbul etməkdir."
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Tarixi zamanlar hadisələrin gedişatını dəyişdirə biləcək böyük və tarixi qərarlar tələb edir. Bu addım da məhz belə bir qərardır", Ukrayna XİN başçısı bildirib.