"Veymar Üçlüyü"nün (Almaniya, Fransa, Polşa) xarici işlər nazirlərinin görüşü keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Almaniya, Fransa və Polşa xarici işlər nazirləri Rusiyanın Ukraynaya hücumunu müzakirə ediblər.
"Nazirlər Avropada sülhün qorunması üçün mümkün tədbirlər və davam edən münaqişəyə son qoymaq üçün əməkdaşlıq barədə müzakirə aparıblar", - Polşa XİN bildirib.(Apa)