Ana Sayfa > Karusel / Qarabağ > Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb
Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb1-03-2022, 16:49. Yazar: Admin |
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən bildirilib. "Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Geri dön |