Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 832 nəfər COVID-19-a yoluxub, 21 nəfər vəfat edib
Azərbaycanda son sutkada 832 nəfər COVID-19-a yoluxub, 21 nəfər vəfat edib1-03-2022, 16:43. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 768 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir. Ölkədə son sutka ərzində 8 865, hazırkı dövrədək isə 6 563 829 test aparılıb. Geri dön |