Ana Sayfa > Karusel / Region > 21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana daxil olub
21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana daxil olub1-03-2022, 15:37. Yazar: Admin |
21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstan ərazisinə daxil olub Ukraynada yaranmış mövcud vəziyyətlə əlaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub. Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir. Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir. Geri dön |