Ana Sayfa > Karusel / Gündəm > Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu


19-11-2019, 15:15. Yazar: Admin

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

 

Qarabaginfo xəbər verir ki, İ.Məmmədovun adı artıq Nazirlər Kabineti Aparatının strukturunda adlar siyahısına da əlavə edilib.

 

İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub.  N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb.
O, "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib. 

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. Eyni zamanda AzTV-də "Həftə" adlı analitik proqramın müəllifi və aparıcı olub.

2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. 2015-ci ildə AzTV rəhbərliyindən azad edilib. 


Geri dön