Ana Sayfa > Karusel / Region > Kreml: Ukrayna ilə danışıqların nəticələri barədə Putinə məlumat verilib

Kreml: Ukrayna ilə danışıqların nəticələri barədə Putinə məlumat verilib


1-03-2022, 14:59. Yazar: Admin

Peskov

 

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ukrayna ilə dünənki danışıqların nəticələri barədə hansısa qiymətləndirmə aparmağın hələ tez olduğunu söyləyib.

“Əlbəttə, prezidentə məlumat verilib. Danışıqlara hər hansı bir qiymət vermək hələ tezdir, biz bunu vaxtından əvvəl etmək istəməzdik. Biz onları təhlil etməli və sonra perspektivlər haqqında düşünməliyik”, - Kremlin sözçüsü vurğulayıb.


Geri dön