İsmayıllı Rayon Icra Hakimiyyətinin başçısı Nahid Bağırov sələfi Mirdaməd Sadıqovun adını əbədiləşdirib.
Qarabaginfo.az Manset.az-a istinadən xəbər verir ki, N.Bağırovun əmri ilə, Lahıc qəsəbəsində yerləşən küçələrdən birinə İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, mərhud Mirdaməd Sadıqovun adı verilib.
Qeyd edək ki, M.Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 2013-cü ildən 2020-ci ilə qədər İsmayıllı rayonuna rəhbərlik edib. M.Sadıqov 19 yanvar 2021--ci ildə vəfat edib.