Ana Sayfa > Karusel / Region > Rusiya XİN başçısı: “ABŞ-ın nüvə silahlarının Avropada olması qəbuledilməzdir”
Rusiya XİN başçısı: “ABŞ-ın nüvə silahlarının Avropada olması qəbuledilməzdir”1-03-2022, 14:14. Yazar: Admin |
ABŞ-ın nüvə silahlarının Avropada olması Rusiya üçün qəbuledilməzdir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Onları evə qaytarmağın vaxtıdır!”, - Rusiya XİN başçısı vurğulayıb. Lavrov Rusiyada yerüstü orta və qısa mənzilli raketlərin olmadığını da əlavə edib. Avropanın Rusiyaya qarşı sanksiyalarından danışan Lavrov deyib ki, Avropa İttifaqı ölkələri sanksiya yolunu seçərək üzbəüz vicdanlı dialoqdan qaçmağa çalışırlar. Rusiya XİN başçısı qeyd edib ki, Ukrayna faciəsi orada yaradılmış cinayətkar rejimə qərbli himayədarlarının göz yummasının nəticəsidir. Geri dön |