Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbələri endirilib.
Qarabaginfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu səhər şəhərin mərkəzində yerləşən Azadlıq meydanına aviasiya bombası ilə zərbə endirilib.
Böyük dağıntılara səbəb olan zərbə zamanı ölən və yaralananların sayı barədə məlumat verilməyib.