Ana Sayfa > Karusel / İdman > Şəhriyar Məmmədyarov irəlilədi
Şəhriyar Məmmədyarov irəlilədi1-03-2022, 10:21. Yazar: Admin |
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Qarabaginfo.az-ın qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvəlin ilk "10-luğ"unda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2776 xalla 7-ci pillədə yer alıb. Teymur Rəcəbovun 2 753 xalla 14-cü sıradakı mövqeyini qoruyub. Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub. Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür. Geri dön |