Ana Sayfa > Karusel / Region > Pentaqon: Rusiya qüvvələri Kiyevə yaxınlaşmağa çalışır

Pentaqon: Rusiya qüvvələri Kiyevə yaxınlaşmağa çalışır


1-03-2022, 08:09. Yazar: Admin

Pentaqon: Rusiya qüvvələri Kiyevə yaxınlaşmağa çalışır

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə yaxınlaşsa da, hələ də şəhər mərkəzindən kənardadır. 

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.

Kirbi bazar ertəsi Pentaqonda keçirdiyi brifinqdə bildirib ki, Rusiya qüvvələri açıq şəkildə irəliləyir və Kiyevə yaxınlaşır:

“Biz hələ də onların şəhər mərkəzindən kənarda olduqları qənaətindəyik”.

Kirbi əlavə edib ki, ukraynalılar Kiyev ətrafında kifayət qədər effektiv müqavimət göstərirlər. Pentaqonun sözçüsü bildirib ki, Ukrayna ordusu Rusiyanın cənuba doğru irəliləməsində çətinlik yaradır.


Geri dön