Ana Sayfa > Karusel / Region > Ukraynalı futbolçu Rusiyanın bombardımanı nəticəsində ölüb

Ukraynalı futbolçu Rusiyanın bombardımanı nəticəsində ölüb


1-03-2022, 00:11. Yazar: Admin

 

Ukraynalı futbolçu Rusiyanın bombardımanı nəticəsində ölüb

Ukraynanın II liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardımanı nəticəsində ölüb.

Qarabaginfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.

Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da həlak olub.

Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib.(Report)


Geri dön