Ana Sayfa > Karusel / Dünya > Finlandiya Ukraynaya hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya hərbi yardım göndərəcək


28-02-2022, 23:54. Yazar: Admin

Finlandiya Ukraynaya hərbi yardım göndərəcək

Finlandiya Ukraynaya silah-sursat göndərəcək.

Qarabaginfo.az CNN-ə istinadən xəbərinə görə, bu barədə Finlandiya hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ukraynaya 2500 ədəd avtomat, 150 min avtomat darağı, 1500 biratışlıq tank əleyinə silah və 70 min ədəd qida paketi göndəriləcək.

“Rusiyanın hərbi hücumuna görə Ukraynada vəziyyət son dərəcə çətindir və orada müdafiəyə təcili ehtiyac var”, - deyə hökumətin bəyanatında bildirilib.

Qeyd edək ki, Finlandiya bazar günü Ukraynaya gülləkeçirməz jiletlər, kompozit dəbilqələr və ilk yardım ləvazimatları göndərəcəyini bəyan etmişdi.(Apa)


Geri dön