Ana Sayfa > Karusel / Region > BMT Ukrayanada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb

BMT Ukrayanada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb


28-02-2022, 22:28. Yazar: Admin

 

BMT Ukrayanada həyatını itirən mülki şəxslərin sayını açıqlayıb

“BMT-nin İnsan Hüquqları ofisinin məlumatına görə, Ukraynada 400-dən çox mülki şəxs həyatını itirib. Biz bu rəqəmlərin realda xeyli yüksək ola biləcəyini təxmin edirik. Çünki, BMT-nin Qaçqınlar üzrə Agentliyinin son məlumatlarına görə, ölənlərin yarısından çoxu hələ təsdiqlənməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

Onun sözlərinə görə, münaqişə bölgəsindən bir milyon insan artıq beynəlxalq sərhədləri keçərək ölkəni tərk edib.

S.Dujarrik getdikcə şiddətlənən münaqişənin Ukraynada humanitar fəlakətə səbəb olacağını bildirib:

“Bunun qarşısını almaq üçün humanitar tərəfdaşlarımızla birlikdə hazırlıqlarımız davam edir. Təhlükəsizlik vəziyyəti icazə verdikdən sonra əməliyyatları genişləndirəcəyik. Hazırda BMT-nin Ümumdünya Ərzaq Proqramı könüllülərlə birlikdə ehtiyacı olan hər kəsə, o cümlədən zorakılığın təsirinə məruz qalan məcburi köçkünlərə, sərhədləri keçməyə çalışan insanlara yardım göstərmək üçün cəbhə xəttindədirlər”.(Report)


Geri dön