Ana Sayfa > Karusel / Gündəm > "Keşlə"nin baş məşqçisi: "Bunun üstümüzdə stress yaratmasını istəmirəm"
"Keşlə"nin baş məşqçisi: "Bunun üstümüzdə stress yaratmasını istəmirəm"28-02-2022, 21:43. Yazar: Admin |
"Qarabağ"a qarşı oynamaq çətindir". Qarabaginfo.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ" Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. 42 yaşlı mütəxəssis bildirib ki, komandasında ruh düşkünlüyü olmaması üçün futbolçularla söhbət edib: "Rəqib çox güclüdür. Amma ilk saniyədən sonadək intizamlı və məsuliyyətli oynadıq. Qol epizodlarımız da oldu. Əsad odur, komandada ruh düşkünlüyü olmasın. İnanıram ki, hər şey yaxşı olacaq". O, hücumçuların zəif çıxış etmədiyini söyləyib: "Futbolçulara demişdim ki, daha yaradıcı olmalıyıq. Bunu da bacardılar. Sadəcə, sonluğu gətirə bilmədik. Bunun üstümüzdə stress yaratmasını istəmirəm. Əlimizə düşən imkanları qola çevirməliyik". Qurbanov Natan Oduvanın çıxışını da dəyərləndirib: "O, il yarım futbolsuz qalmış adamdır. Amma potensialına inanıb almışıq. Oyun praktikası baxımından əziyyət çəkir. Heyətimiz geniş olsaydı, Oduvaya yavaş-yavaş şans verərdik. Mənə elə gəlir ki, qollar vuracaq və daha yaxşı olacaq". Baş məşqçi Şəhriyar Əliyevdən çox şey gözlədiyini vurğulayıb: "Matçdan öncə ona dedim ki, bu gün meydanda lider kimi sırf sən danışacaqsan. Özünü əsl kapitan kimi apardı və verilən tapşırıqları yerinə yetirdi. Ona görə də matçdan futbolçunu təbrik etdim". Geri dön |