Ana Sayfa > Karusel / Siyasət > Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı

Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı


28-02-2022, 20:41. Yazar: Admin

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Bu barədə xarici KİV-lər xəbər verir.

Qeyd olunur ki, iclasların keçirildiyi zalın qapıları açıqdır. Tərəflərin mətbuata açıqlama verməsi mümkünlüyü müzakirə edilir.

Ukrayna prezidentinin aparatının müşaviri Mixailo Podolyak da təsdiqləyib ki, nümayəndə heyətləri arasında danışıqlar başa çatıb və tərəflər yeni görüşdən əvvəl məsləhətləşmələr üçün paytaxtlarına yola düşəcəklər.

"Nümayəndə heyətləri bir sıra prioritet mövzular müəyyən edib, onlar üzrə müəyyən qərarlar qəbul ediblər. Ukrayna və Rusiya yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsi imkanlarını müzakirə ediblər", - o deyib.


Geri dön