Ana Sayfa > Karusel / Siyasət > Putin Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün şərtlərini açıqlayıb

Putin Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün şərtlərini açıqlayıb


28-02-2022, 20:13. Yazar: Admin

Putin Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün şərtlərini açıqlayıb

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.

Qarabaginfo.az-ın Kremlin saytına istinadən xəbərinə görə, Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - Kremlin məlumatında qeyd olunub.


Geri dön