Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”

ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”


28-02-2022, 19:27. Yazar: Admin

ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”

“Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində apardığımız birgə fəaliyyətlər bu əməkdaşlığın tərkib hissəsidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger fevralın 28-də iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ ilə Azərbaycan arasında təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindədilər: “ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”.

 


Geri dön