Ana Sayfa > Karusel / Gündəm > BOK beynəlxalq federasiyaları Rusiya və Belarus idmançılarını yarışlara dəvət etməməyə çağırıb
BOK beynəlxalq federasiyaları Rusiya və Belarus idmançılarını yarışlara dəvət etməməyə çağırıb28-02-2022, 18:33. Yazar: Admin |
Beynəlxalq Olimpiya Komitəsi bütün idman komitələrinin rəhbərlərini və idarəedici orqanlarını Rusiya və ya Belarusdan olan idmançıların və ya rəsmi şəxslərin hər hansı təşkil olunmuş beynəlxalq yarışlarda iştirakına icazə verməməyə çağırıb. Qarabaginfo.az-ın xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı bəyanat yayıb. “Qlobal idman yarışlarının bütövlüyünü və bütün iştirakçıların təhlükəsizliyini qorumaq üçün BOK Beynəlxalq İdman Federasiyalarına və idman tədbirlərinin təşkilatçılarına Rusiya və Belarus idmançılarını və rəsmilərini beynəlxalq yarışlara dəvət etməməyi və ya iştirakına icazə verməməyi tövsiyə edir”, - bəyanatda qeyd olunub. Geri dön |