Ana Sayfa > Karusel / Region > Putin müqavilələrdə göstərilən kredit faizlərinin saxlanmasını təmin etməyi tapşırıb

Putin müqavilələrdə göstərilən kredit faizlərinin saxlanmasını təmin etməyi tapşırıb


28-02-2022, 17:48. Yazar: Admin

Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin uçot dərəcəsinin 20%-dək yüksəldilməsinə qədər dövrdə bağlanan müqavilələrdə kredit faizlərinin saxlanmasını təmin etməyi tapşırıb.

Qarabaginfo.az RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

O bildirib ki, bu tapşırığı prezident iqtisadi məsələlərlə bağlı iclasda verib.

Qeyd edək ki, iclasda Rusiyanın Baş naziri Mixail Mişustin, Baş nazirin müavinləri Andrey Belousov, Aleksandr Novak, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, həmçinin Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, prezidentin köməkçisi Maksim Oreşkin iştirak edib.

Xatırladaq ki, bu gün Rusiya Mərkəzi Bankının İdarə Heyəti növbədənkənar iclasda uçot dərəcəsini 20%-ə qaldırıb. Bu, tarixi maksimumdur.


Geri dön