Ana Sayfa > Karusel / Region > Xarkovda raket zərbələri zamanı yaralananların sayı açıqlandı

Xarkovda raket zərbələri zamanı yaralananların sayı açıqlandı


28-02-2022, 17:45. Yazar: Admin
Xarkovda “Qrad” atəşindən sonra xəsarət alanların sayı açıqlanıb. Bu barədə Xarkov Şəhər Administrasiyası məlumat yayıb. 

Xarkova endirilən artilleriya zərbələrindən sonra xəstəxanalara 15 hərbçi və 16 mülki şəxs yerləşdirilib. 

Yaralı mülki şəxslərdən biri sonradan keçinib.

Yaralı sayı dəyişə bilər, ölü sayı ilə bağlı dəqiq məlumat tezliklə açıqlanacaq.

Ümumilikdə, son sutka ərzində Xarkov Şəhər Klinik Xəstəxanasına 44 yaralı, o cümlədən 20 hərbçi gətirilib. Onlardan 2 hərbçi və 5 mülki şəxs vəfat edib.


Geri dön