Ana Sayfa > Karusel / Siyasət > Zelenski beynəlxalq hərbi legion yaradıldığını elan edib

Zelenski beynəlxalq hərbi legion yaradıldığını elan edib


28-02-2022, 16:29. Yazar: Admin

Ukrayna prezidenti Vladimir Zelenski rus işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmənin - Beynəlxalq Legionun yaradılmasını elan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz Facebook səhifəsində yazıb.

Malyar qeyd edib: “Artıq Rusiya işğalçılarına qarşı müqavimətə və dünyanın təhlükəsizliyinin Putin rejimindən qorunmasına qoşulmaq istəyən xarici vətəndaşlardan bir neçə min müraciətimiz var”.


Geri dön