Ana Sayfa > Karusel / Region > Rusiya iqtisadiyyatı sanksiyalara görə II rübdə 20% azalacaq - JPMorgan
Rusiya iqtisadiyyatı sanksiyalara görə II rübdə 20% azalacaq - JPMorgan28-02-2022, 16:19. Yazar: Admin |
ABŞ-ın "JPMorgan" bankının analitikləri Rusiya iqtisadiyyatının cari ilin II rübündə 20%, fəaliyyətlərinin ilk ilində isə təxminən 3,5% azalacağını gözləyirlər. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" yazır. "Əgər bu yeni sanksiyalar həqiqətən də tətbiq edilsə, Rusiya iqtisadiyyatına təsiri ciddi olacaq", - "JPMorgan"ın rəsmisi Cahangir Əziz müştərilərə ünvanladığı qeyddə bildirib. O əlavə edib ki, hətta yavaşlayan artım, artan inflyasiya və yüksək faiz dərəcələri şəraitində belə, Rusiya iqtisadiyyatının iki sütunu Mərkəzi Bankın valyuta ehtiyatlarının dayanıqlığı və cari əməliyyatlar hesabının profisiti olub. İndi isə onlar yoxdur. Bank əlavə edib ki, Rusiyada inflyasiyanın ilin sonuna kimi 10% olacağı gözlənilir. Geri dön |