Ana Sayfa > Karusel / Dünya > İtaliya XİN vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib
İtaliya XİN vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib28-02-2022, 16:16. Yazar: Admin |
İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib. Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbərinə görə, XİN-in xüsusi bəyanatında Avropa İttifaqı ölkələrinin hava məkanını Rusiya üçün bağladığını xatırladıb və bu ölkəyə səfərlərdən çəkinmək tövsiyə edilib. Qeyd olunub ki, vətəndaşların üzləşə biləcəyi çətinliklərlə bağlı nazirlikdə “qaynar xətt” yaradılıb. Nazirlik Rusiya ərazisindəki İtaliya vətəndaşlarının İstanbul, Doha, Əbu-Dabi və Dubay şəhərlərindən yerinə yetirilməsi nəzərdə tutulan təyyarə reyslərindən istifadə edə biləcəklərini açıqlayıb.(Report) Geri dön |