Ana Sayfa > Karusel / Gündəm > Ukraynada “Bayraktar” vasitəsilə məhv edilən Rusiya texnikasının sayı açıqlanıb

Ukraynada “Bayraktar” vasitəsilə məhv edilən Rusiya texnikasının sayı açıqlanıb


28-02-2022, 14:40. Yazar: Admin

 

Ukraynada “Bayraktar” vasitəsilə məhv edilən Rusiya texnikasının sayı açıqlanıb

“Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın “Bayraktar” TB-2 PUA-sının vasitəsilə Rusiya ordusuna aid azı 21 texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Clash Report” resursu məlumat yayıb.

Məlumata görə, indiyədək azı 2 ədəd “Buk-M1-2” raket sistemi, 1 ədəd “Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik “Msta-B” haubitsası, 14 yük avtomobili “Bayraktar” tərəfindən məhv edilib.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya və Liviya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv kadrlarını yaymaqla məşhurlaşıb.


Geri dön