Ana Sayfa > Karusel > Pentaqon Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə cavab verib

Pentaqon Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə cavab verib


28-02-2022, 12:56. Yazar: Admin

Pentaqon Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməsinə münasibət bildirib

"Rusiya Prezidenti Vladimir Putinin nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməsinə şübhə etmirik".

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, V.Putin tərəfindən atılan lazımsız addımdır. O həmçinin bildirib ki, Rusiya heç vaxt nə NATO, nə də Ukrayna tərəfindən təhdid edilməyib:

"Bu addım çox təhlükəlidir və gərginliyi artırır. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdarlarımızı hər cəhətdən müdafiə etməyə qadirik".

Qeyd edək ki, Vladimir Putin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib.


Geri dön