Ana Sayfa > Karusel / Gündəm > Qanunsuz evlər sənədləşdirilir

Qanunsuz evlər sənədləşdirilir


28-02-2022, 12:31. Yazar: Admin

Qanunsuz evlər dövlət qeydiyyatına alına bilər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə təklif İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanlar verilsin. 


Geri dön