Ana Sayfa > Karusel / İdman > Mariya Stadnik Azərbaycana təşəkkür edib

Mariya Stadnik Azərbaycana təşəkkür edib


28-02-2022, 12:02. Yazar: Admin

Mariya Stadnik Azərbaycana təşəkkür edib

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik instaqram hesabında yeni paylaşım edib.

Qarabaginfo.az-ın məlumatına görə, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.


Geri dön