Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq
Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq28-02-2022, 11:31. Yazar: Admin |
Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq. Qarabaginfo.az xəbər verir ki, bu, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində əksini tapıb. Qeyd edilib ki, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək. Reyestr Azərbaycanın informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır. Geri dön |