2022-ci ilin yanvar ayında ailə başcısını itirməyə görə pensiya və ya müavinət alanların sayı 192 min nəfərdən çox olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, onlardan 138 min nəfərdən çoxu pensiya, 54 min nəfərdən çoxu isə müavinət alıb.