Ana Sayfa > Karusel / Gündəm > Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır


27-02-2022, 19:04. Yazar: Admin

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınır

Azərbaycandan Ukrayna üçün humanitar yardım aparan təyyarə yola salınır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilir. Bu gün səhər saatlarında tibbi vasitələrin yükləndiyi ilk təyyarə yola düşüb.


Geri dön