Ana Sayfa > Karusel / Gündəm > "Neftçi" "Sabah"ı məğlub edib
"Neftçi" "Sabah"ı məğlub edib27-02-2022, 19:00. Yazar: Admin |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Qarabaginfo.az xəbər verir ki, günün ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 50-ci dəqiqədə Sezar Meza Kolli vurub. "Ağ-qaralar" qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Son ölkə çempionu "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Sabah" isə 20 xalla 5-cidir. Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq. Geri dön |