Ana Sayfa > Karusel / Gündəm > Lukaşenko Belarusdan Ukraynaya raket atılmasını təsdiqlədi

Lukaşenko Belarusdan Ukraynaya raket atılmasını təsdiqlədi


27-02-2022, 17:03. Yazar: Admin

Lukaşenko Belarusdan Ukraynaya raket atılmasınıtəsdiqlədi

Belarusiya prezidenti Aleksandr Lukaşenko Belarus ərazisindən Ukraynadakı mövqelərə raketlərin atıldığını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, belarus lideri Donbassın artıq Ukraynanın olmadığını bildirib. 

"Saat 11-də (fevralın 23-ü axşam) bu münaqişə ərəfəsində (artıq hava qaralmışdı), həqiqətən də Rusiya qoşunlarının yerləşdiyi təxminən Çernobıl vilayətlərinin ərazisindən iki-üç raket atıldı", - Lukaşenko bildirib. 

O, bunu onunla izah edib ki, Ukrayna tərəfində Belarusla sərhəddən 10-15 km aralıda yerləşdirilən bir neçə raket batalyonu aşkar edilib və kəşfiyyat məlumatlarına görə, Ukrayna tərəfi yaxın bir neçə gün ərzində Belarus ərazisinə zərbə endirməyə hazırlaşır: "Mən onlara raket atmaq əmri verməmişəm. Dedim ki, bəli, uşaqlar, biz bunu görürük. Və sonra ruslar (hərbi təlim üçün gedən) bu mövqelərə iki-üç raket atdılar", - dedi.


Geri dön