Ana Sayfa > Karusel / Gündəm > Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək
Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək27-02-2022, 16:57. Yazar: Admin |
Avropa Parlamenti Avropa Komissiyası və Avropa İttıfaqının beynəlxalq tərəfdaşları tərəfindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri dəstəkləyir. Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin spikeri Roberta Metsola bildirib. Metsola qeyd edib ki, Avropa Parlamenti martın 1-də keçiriləcək fövqəladə iclasında Ukraynanı dəstəkləyən qətnamə qəbul edəcək. "Qanunvericilər olaraq bu tədbirlərin sürətlə həyata keçirilməsinə kömək edəcəyik", - Metsola vurğulayıb. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ, Böyük Britaniya və digər tərəfdaşlarla birlikdə bir sıra Rusiya banklarının SWIFT beynəlxalq banklararası sistemindən çıxarılmasına yönəlmiş tədbirlər hazırlayıb. Bununla Rusiya Mərkəzi Bankının fəaliyyətini məhdudlaşdırmaq, həmçinin biznes nümayəndələrini beynəlxalq maliyyə aktivlərindən istifadə imkanından məhrum etmək nəzərdə tutulur. Geri dön |