Ana Sayfa > Karusel / Siyasət > XİN: Rumıniyadan 342 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

XİN: Rumıniyadan 342 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək


27-02-2022, 16:49. Yazar: Admin

Xarici İşlər Nazirliyi: kim nəyə cavabdehdir? – Novator.az

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.


Geri dön