Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


27-02-2022, 15:38. Yazar: Admin

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 208 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 372, "buster" doza üzrə vaksinasiya olunanların sayı 20744, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 540 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 982 355, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 850, "buster" doza və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 204 315 təşkil edir.


Geri dön